Peskov: “Putin və Ərdoğan çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar”

Peskov: “Putin və Ərdoğan çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar”

17 İyul 2020 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

“Rusiya və Türkiyə prezidentləri çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar”.

Oxuməni.az-ın verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Avtoradio”ya müsahibəsində deyib.

O, danışıqlar vaxtı V. Putinin konkret məsələlər qoyduğunu, daha sonra verdiyi vədləri dərhal yerinə yetirdiyini vurğulayıb: “Bu mənada Putin və Ərdoğan biri-birinə bənzəyirlər. Ona görə də onlar çox, çox çətin vəziyyətlərdə həll yolu tapmağa nail olurlar. Bu, Suriya probleminə də aiddir”.

Oxuməni.az