Çavuşoğludan Liviya açıqlaması

Çavuşoğludan Liviya açıqlaması

18 İyun 2020 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyaya dəstəyimizi bir daha güclü şəkildə vurğulamaq üçün bu ölkəyə səfər etdik.

Oxuməni.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Səfər çərçivəsində bundan sonra əməkdaşlığı hər sahədə necə davam etdirməyimiz barədə müzakirə apardıq. Həmçinin siyasi əlaqələr barədə danışdıq. Enerji sahəsi ilə bağlı yenə Ağ dənizində əməkdaşlığımız və atacağımız addımlar barədə fikir mübadiləsi apardıq. Liviyada daimi atəşkəs və siyasi həll yolu ətrafında söhbətimiz də oldu”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, XİN rəhbəri Mövlud Çavuşoğlu, MİT rəhbəri Hakan Fidan və Maliyyə naziri Barat Albayraq Liviyaya səfər ediblər.

Oxuməni.az