
Putin Ərdoğana zəng etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Oxuməni.az Türkiyə mediasına istinadən xəbər verir ki, Putinin təşəbbüsü ilə aparılan danışıqlar zamanı Liviya və Suriyada davam edən gərgin vəziyyət müzakirə edilib.
Həmçinin tərəflər COVID-19 virusu ilə mübarizə və pandemiyadan sonrakı dövrdə ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir bölüşüblər.
Oxuməni.az
Digər xəbərlər