Birinci vitse-prezident Mehriban Əliyeva Tbilisi teleqülləsində dövlət bayrağımızın işıqlandırılması ilə əlaqədar Gürcüstana minnətdarlıq edib

Birinci vitse-prezident Mehriban Əliyeva Tbilisi teleqülləsində dövlət bayrağımızın işıqlandırılması ilə əlaqədar Gürcüstana minnətdarlıq edib

17 Aprel 2020 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində Gürcüstanın paytaxtı Tbilisidə yerləşən teleqüllədə Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar qardaş ölkəyə minnətdarlığını bildirib.

Oxuməni.az xəbər verir ki, paylaşımda deyilir: “Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”

Oxuməni.az