Lukaşenko Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıb

Lukaşenko Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıb

14 Aprel 2020 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər imzalayıb.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, müvafiq sənədlər çərşənbə axşamı milli internet portalında yerləşdirilib.

Bundan əvvəl Minsk və Brüssel viza rejiminin sadələşdirilməsinə və icazəsi olmayan şəxslərin readmissiyasına dair saziş paketi imzalayıblar. Layihələr üzrə məsləhətləşmələr 2014-cü ildən keçirilib. Avropa Komissiyasında qeyd edildiyi kimi, sazişlər iyun ayında qüvvəyə minə bilər. Aprelin əvvəlində onlar Belarus parlamentinin aşağı palatası tərəfindən prioritet qaydada ratifikasiya edilmiş və parlamentin yuxarı palatası tərəfindən təsdiq edilmişdir.

Oxuməni.az