Deputatların rəy və təklifləri hökumətə təqdim olunub
Milli Məclisin deputatlarının hökumətin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı dünənki plenar iclasda səsləndirdikləri rəy və təklifləri sistemləşdirilərək Nazirlər Kabinetinə göndərilib.
Bu barədə Oxuməni.az-a Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, deputatların hər birinin hökumətin hesabatı ilə bağlı rəy və təklifləri hökumətə təqdim olunub.
Qeyd edək ki, Milli Məclisin dünən – aprelin 9-da keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. İclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinlənilib.
Oxuməni.az
Digər xəbərlər






















































.jpg)

.jpg)


.jpg)



































