Ərdoğan əsəbləşdi və görüşü tərk etdi

Ərdoğan əsəbləşdi və görüşü tərk etdi

10 Mart 2020 11:07
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa Birliyi Şurasının rəhbəri Çarls Mişel və Avrokomissiyanın sədri Ursula fon der Leyen arasındakı 1 saat 45 dəqiqəlik görüş gərgin keçib.

Oxuməni.az xəbər verir ki, bu barədə İngiltərənin “Tayms” qəzeti məlumat yayıb.

Bildirilib ki, Ərdoğanla AB rəsmiləri arasında razılaşma əldə olunmayıb:

“Türkiyə lideri də Yunanıstan sərhədində yaranmış miqrant böhranı ilə bağlı hər hansı şəkildə müsbət vəd vermədi. Ərdoğan AB-dən Türkiyəyə qaçqınları saxlamaq üçün kifayət qədər maddi yardım göndərilmədiyini vurğulayıb. Türkiyə lideri eyni zamanda, AB-ni 2016-cı ildə Brüssellə Ankara arasında əldə edilən anlaşmaya əməl etməməklə günahlandırıb və görüşü tərk edib”, - qəzetin məlumatında vurğulanıb.

Qeyd edək ki, Türkiyə prezidenti görüşü tərk etdiyi üçün planlaşdırılan mətbuat konfransı da keçirilməyib.

Oxuməni.az