Bu gün Milli Məclisin sədri seçiləcək

 Bu gün Milli Məclisin sədri seçiləcək

10 Mart 2020 09:27
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün 6-cı çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

Oxuməni.az xəbər verir ki, ilk iclasda martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında təsdiqlənən VI çağırış üzrə 121 deputat olacaq.

İlk iclasdan öncə Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputat korpusunun və müstəqillərin ayrılıqda qapalı toplantısı keçirilib. Onlar MM sədrliyinə və sədr müavinliyinə namizədlərini müəyyənləşdiriblər.

Belə ki, YAP MM sədrliyinə Sahibə Qafarovanın, müavinliyinə Hicran Hüseynovanın, müstəqil deputatlar isə vitse-spikerliyə Adil Əliyevin namizədliyini təsdiqləyiblər.

Milli Məclisin ilk iclasının ən yaşlı deputat olan Fəttah Heydərovun sədrliyi ilə saat 10:00-da başlayacağı bildirilib.

MM-in açılış sessiyasında ölkə Prezidenti İlham Əliyevin də iştirakı və çıxışı gözlənilir.

Oxuməni.az