Bu gün parlament seçkilərinin nəticələri təsdiqlənəcək

Bu gün parlament seçkilərinin nəticələri təsdiqlənəcək

5 Mart 2020 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Konstitusiya Məhkəməsi fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərin nəticələrini təsdiq edəcək.

Oxuməni.az-ın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası bu gün saat 10:00-da keçiriləcək.

Qeyd edək ki, fevralın 25-də Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib.

Oxuməni.az