Blumberq  namizədliyini geri götürdü

Blumberq namizədliyini geri götürdü

4 Mart 2020 22:11
Bəyəndim (0) Bəyənmədim (0)

Biznesmen Maykl Blumberq ABŞ-da prezident seçkilərindən geri çəkilib.

Oxuməni.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, Demokratlar partiyasından namizədliyini irəli sürən Blumberq bu qərarı Donald Trampın rəqibi Co Baydenin xeyrinə qəbul edib.

“3 ay əvvəl mən Donald Trampa qalib gəlmək üçün seçkiqabağı kampaniyaya qoşuldum. Bu gün də eyni səbəbdən – Donald Trampa qalib gəlmək üçün bu kampaniyadan çəkilirəm”, - deyə Blumberq qeyd edib.

Oxuməni.az