Gürcüstan Prezidenti Türkiyəyə başsağlığı verib

Gürcüstan Prezidenti Türkiyəyə başsağlığı verib

2 Mart 2020 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan Prezidenti Salome Zurabişvili Suriyanın İdlib bölgəsində baş verən rejim qüvvələrinin hücumları nəticəsində həlak olan Türkiyə Silahlı Qüvvələrinin əsgərləri ilə bağlı başsağlığı verib.

Oxuməni.az xəbər verir ki, bununla bağlı Gürcüstan dövlətinin başçısı özünün rəsmi "Twitter” səhifəsində yazıb.

S.Zurabişvili yazıb: "Faciəli hadisədə həyatlarını itirən türk əsgərləri üçün yas tuturam. Həyatını itirənlərin ailələrinə, strateji tərəfdaşımız və qonşumuz olan Türkiyə dövlətinə və xalqına başsağlığı diləyirəm”.

Oxuməni.az