Vladimir Putinlə Lukaşenko arasında görüş oldu

Vladimir Putinlə Lukaşenko arasında görüş oldu

7 Fevral 2020 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş başlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Perskov deyib.

Onun sözlərinə görə, əlverişsiz hava şəraiti üzündən nümayəndə heyətləri görüşdə iştirak etməyib.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə Putinlə görüşərkən şikayət edib:

“Bəxtiniz gətirir. Həm dəniz, həm qar. Mənim yaşadığım yerdə demək olar ki, qar qalmayıb. Bax, burda isə yanımızdadır”.

Putin isə əli ilə dağları göstərərək, “Orada daha çox var” deyib.

Oxuməni.az