Çin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Çin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

7 Fevral 2020 10:59
Bəyəndim (1) Bəyənmədim (0)

Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya departamentinin baş direktor müavini Lician Çjao Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ünvanlayıb.

Oxuməni.az-ın məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

Təşəkkür mətnində deyilir: “Biz dünya liderlərinə göstərdikləri dəstəyə görə səmimi qəlbdən təşəkkür edirik. Azərbaycan Prezidenti İlham Əliyev Çin xalqı ilə həmrəylik ifadə edib və zəruri köməyi göstərməyə hazır olduğunu bildirib”.

Oxuməni.az