Gürcüstan AŞPA iclasından imtina edə bilər

Gürcüstan AŞPA iclasından imtina edə bilər

31 Yanvar 2020 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan Hökuməti Tbilisidə may ayına nəzərdə tutulan Avropa Şurası Nazirlər Komitəsinin iclasını keçirməkdən imtina edə bilər.

Oxuməni.az-ın rbk.ru-ya istinadən verdiyi xəbərə görə, əgər belə bir qərar qəbul olunarsa, Gürcüstan Avropa Şurasının rəhbərliyindən görüşü Fransanın Strasburquna keçirməyi xahiş edəcək.

Buna da səbəb Rusiya XİN başçısı Sergey Lavrovun da Tbilisi sammitində iştirak etməsi ehtimalıdır. İş orasındadır ki, Gürcüstan qanunvericiliyinə uyğun olaraq, o, ölkə ərazisinə daxil ola bilmir. Çünki Lavrov Gürcüstan hakimiyyətinin icazəsi olmadan Abxaziyaya və Cənubi Osetiyaya gedib.

Məsələ ilə bağlı "Rustavi2" telekanalının məlumatına görə, Gürcüstan prezidenti Salome Zurabişvili yanvarın 28-də Strasburqdakı çıxışı zamanı yaranmış vəziyyəti şərh edərək, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi naminə qanunvericilik normalarından yan keçməyə hazır olduğunu bildirib. Amma Gürcüstan müxalifətinin nümayəndələri, o cümlədən sabiq dövlət başçısı Mixail Saakaşvilinin tərəfdarları onunla razı deyillər. Hələ yanvarın ortalarında onlar Lavrovun Tbilisiyə gəlməsi halında kütləvi etiraz aksiyalarına başlanacağını proqnozlaşdırmışdılar.

Oxuməni.az