Polşa prezidenti Holokost Forumunda iştirak etməyəcək

Polşa prezidenti Holokost Forumunda iştirak etməyəcək

23 Yanvar 2020 11:05
Bəyəndim (3) Bəyənmədim (0)

Polşa Prezidenti Andjey Duda bildirib ki, təşkilatçılar Vladimir Putinin çıxışından əvvəl və ya sonra ona söz verməkdən imtina etdikləri üçün yanvarın sonunda Osventsimin azad edilməsinin 75 illiyinə getməyəcək.

Oxuməni.az-ın Euronews-ə istinadən verdiyi xəbərə görə Qüdsdəki forumda Rusiya, Almaniya və Fransa prezidentləri, həmçinin Böyük Britaniya və ABŞ nümayəndələri çıxış etməlidirlər. Anjey Duda rəsmi məlumatında bildirib ki,"tədbirin Osvensimin azad edilməsinin 75-ci ildönümünə, nasist Almaniyasının işğal olunmuş Polşa ərazisində inşa etdiyi və istifadə etdiyi ölüm düşərgəsinə həsr olunacağı nəzərə alınaraq, onun çıxışdan imtina edilməsinin səbəblərini görmür".

Anjey Dudun sözlərinə görə, konfransda Polşa səsinin olmaması "tarixin saxtalaşdırılmasıdır".

Oxuməni.az