Türkiyənin məqsədi Liviya və İdlibdə siyasi sülhə nail olmaqdır

Türkiyənin məqsədi Liviya və İdlibdə siyasi sülhə nail olmaqdır

15 Yanvar 2020 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin məqsədi, göstərdiyimiz səylər Liviya və İdlibdə siyasi sülhə, sabitliyə, axan qanın qarşısını almağa nail olmaqdır.

Oxumeni.az xəbər verir ki, bu fikri Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar söyləyib. O bildirib ki, Liviyada atəşkəsin qorunması üçün cəhdlər davam etdirilir.

Atəşkəsin və sülhün alternativi olmadığını qeyd edən nazir vurğulayıb ki, Berlində Liviya ilə bağlı keçiriləcək konfransdan müsbət nəticə gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az