Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

6 Yanvar 2020 17:10
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 yanvar 2019-cu il