Pərviz Müşərrəfin edam cəzasına yenidən baxılacaq

Pərviz Müşərrəfin edam cəzasına yenidən baxılacaq

25 Dekabr 2019 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Lahor Ali Məhkəməsi Pakistanın xüsusi məhkəməsinin sabiq prezident Pərviz Müşərrəf haqqında çıxardığı edam cəzası ilə bağlı apelyasiya şikayətinə baxacaq.

Oxumeni.az xəbər verir ki, bu barədə “Samaa” kanalı məlumat yayıb. Xüsusi məhkəmənin qərarından verilən şikayətə 3 hakimdən ibarət heyət baxacaq. İlk məhkəmə iclası 2020-ci il yanvarın 9-da olacaq.

Xatırladaq ki, dekabrın 17-də dövlətə xəyanət ittihamı ilə Pərviz Müşərrəf edam cəzasına məhkum edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az