Gürcüstanın Baş Naziri Türkiyənin Xarici İşlər naziri ilə görüşüb

Gürcüstanın Baş Naziri Türkiyənin Xarici İşlər naziri ilə görüşüb

23 Dekabr 2019 14:16
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Tbilisidə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Oxumeni.az xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub.

Giorgi Qaxaria Gürcüstanın Türkiyə ilə əlaqələrə böyük önəm verdiyini və bu münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər, həmçinin regional proseslər, Cənub Qaz Dəhlizi, TANAP və Bakı-Tbilisi-Qars layihələrinin əhəmiyyətini vurğulayıb, digər məsələlər barədə müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az