Vahid Ələkbərov 20,7 milyard dollarla ilk üçlükdə - Siyahı
“Forbes” jurnalı Rusiyanın 200 zəngin biznesmeninin siyahısını tərtib edib.
Oxumeni.az-ın məlumatına görə, siyahıda ilk yerdə “NOVATEK” və “SİBUR” iri auksionerlərinin rəhbəri Leonid Mihelson qərarlaşıb. 63 yaşlı iş adamının 24 milyard dollar sərvəti var.
İkinci yerdə 21,3 milyard dollarla “Universal Cargo Logistics Holding” və “NLMK” şirkətlərinin sahibi, 62 yaşlı Vladimir Lisin yer tutub.
Siyahıda üçüncü yerdə isə azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərov qərarlaşıb. 69 yaşlı biznesmenin sərvəti 20,7 milyard dollar məbləğində dəyərləndirilir.
.png)
Onluğu təqdim edirik:
1. Leonid Mihelson – 24 milyard dollar
2. Vladimir Lisin – 21,3 milyard dollar
3. Vahid Ələkbərov – 20,7 milyard dollar
4. Aleksey Mordaşov – 20,5 milyard dollar
5. Qennadi Timçenko – 20,1 milyard dollar
6. Vladimir Potanin – 18,1 milyard dollar
7. Mixail Fridman – 15 milyard dollar
8. Andrey Melnitsenko – 13.8 milyard dollar
9. Alişer Usmanov - 12,6 milyard dollar
10. Roman Abramoviç – 12,4 milyard dollar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az

















































.jpg)

.jpg)











































