Çin ABŞ-a sanksiya tətbiq edib

Çin ABŞ-a sanksiya tətbiq edib

2 Dekabr 2019 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Amerikanın “Human Rights Watch” hüquq-müdafiəsi təşkilatına qarşı sanksiya tətbiq edib, habelə Birləşmiş Ştatların gəmilərinin Honkonq limanına daxil olması müraciətlərinə baxılmasını dayandırıb.

Oxumeni.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu tədbirləri dekabrın 2-də Pekində keçirilən brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bəyan edib.

Çin rəsmisi ABŞ-ın hüquq-müdafiə təşkilatı və Amerika gəmilərinə qarşı bu tədbirlərin həyata keçirilməsini Vaşinqtonun Honkonq hadisələrinə müdaxiləsi ilə əsaslandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az