Erməni porno ulduzların soyqırım təbliğatı
Erməni "soyqırımı" yaxınlaşarkən erməni diasporu sıx iş rejimində işləyir... Şübhəsiz ki, bu anda diasporun ən böyük dəstəkçilərindən biri də Kardaşyan bacılarıdır.
Düzdür, 2007-2009-cu illər arası Kim, Xole, Kaurtney bacıları ermənilərin "soyqırım" çağırışlarını rədd etmiş, "Biz adımızın siyasi məsələlərdə anılmasının əleyhinəyik. Tam olaraq gerçək olmayan bir olayda bizdən istifadə etmək doğru deyildir", - deyə bildirmişdilər. Ancaq iqtisadi böhran səbəbi ilə pul sıxıntısı içində olan bacılar yenə də həmvətənlərinə sığındılar.
3 bacı 2010-cu ildə erməni diasporunun qapısını döydü. O andan etibarən Türkiyənin "soyqırım" etdiyini hər platformada dilə gətirən erməni xanımların qarşısı tamamilə açıldı. Erməni açılışlarında çıxış edən Kardaşyanların 3 ay ərzində qazandıqları pulun miqdarı 100 milyon dolları aşdı. Bu il də eyni sürətlə davam edən "qəhrəmanlarımız" çox güman ki, yenidən "soyqırım" şüarları ilə çıxış edəcəklər.
Kardaşyan bacılarının porno-ulduz olduqlarını xatırlatmaq kifayətdir...
Günel Həbib
O.M.