İraq İrandan üzr istəyib
İraqın Xarici İşlər naziri Məhəmməd Əl-Hakim telefon söhbəti zamanı İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifdən üzr istəyib.
Oxumeni.az xəbər verir ki, iraqlı nazir Nəcəf şəhərində İranın Baş konsulluğuna qarşı törədilən təxribata və konsulluğun binasının yandırılmasına görə üzr istəyib. O bildirib ki, hökumət diplomatik nümayəndəlikləri mühafizə etməyə borcludur. Lakin ölkədə kütləvi etiraz aksiyalarının 1 aydan artıqdır davam etməsi mühafizəni zəiflədib.
İraqın Xarici İşlər naziri təxribatçıların məsuliyyətə cəlb olunacağını qeyd edib.
M.C.Zərif belə halların xoşagəlməz olduğunu bildirib və gələcəkdə təkrarlanmayacağına ümidvar olduğunu deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər








































































.jpg)

.jpg)




















