Erməni deputatlar Bakıya gələ bilər
Azərbaycan və Ermənistan parlamentlərinin qarşılıqlı səfərlərinin təşkili məsələsi müzakirə olunur.
Oxumeni.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” (“Meydan”) qəzeti məlumat yayıb.
Səfər erməni və azərbaycanlı jurnalistlər üçün təşkil olunmuş press-turun davamı kimi nəzərdə tutulub.
Nəşrin məlumatına görə, artıq bu mövzuda ilkin müzakirələr aparılıb.
Bildirilir ki, səfərinə Bakının veto qoyduğu yeganə deputat “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyandır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər
































































































