XİN-dən Albaniyaya başsağlığı
Azərbaycan Xarici İşlər Nazirliyi Albaniyada baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.
Oxumeni.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tvitter səhifəsində bildirilib.
"Albaniyada baş verən güclü zəlzələ ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladıq. Zəlzələ qurbanlarının yaxınlarına və Albaniya xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik", - deyə qeyd olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər
































































































