Suriya Parlament idarə üsuluna keçə bilər

Suriya Parlament idarə üsuluna keçə bilər

13 Mart 2012 16:16
Bəyəndim (0) Bəyənmədim (0)
Suriyada 07 may günü yeni parlament seçiləcək

Suriyada böhranlı vəziyyət davam etməkdədir. Analitiklərin fikrincə, prezident Bəşər Əsəd ölkədəki qarşıdurmalardan bezib və təkamül yolu ilə rəhbərliyi başqa bir şəxsə ötürməyə hazırlaşır. Bu yolda ilk addım kimi yeni parlamentin təşkil olunması nəzərdə tutulur. Daha sonra ölkədə parlament idarə üsulunun tətbiqi ehtimal olunur. İnterfax-ın məlumatına görə, bu ilin 7 may günü Suriyada parlament seçkiləri təşkil olunacaq. Bu seçkilərdə müxalifət liderlərinin müəyyən mandatlar alacağı istisna deyil.

O.M.