Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının seçki manifesti açıqlanıb - Video

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının seçki manifesti açıqlanıb - Video

24 Noyabr 2019 23:51
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Britaniyanın Baş Naziri Boris Conson Qərbi Midlandsdakı Şropşir əyalətində çıxışı zamanı Mühafizəkarlar Partiyasının seçki manifestini açıqlayıb.

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, seçkiyə 18 gün qalmış açıqlanan 59 səhifəlik manifestdə partiyanın Brexiti yekunlaşdıracağı və yeni ölkə qurulacağı vəd olunur.

O, çıxışında səhiyyə sahəsində dəyişiklik olacağına və 50 min tibb işçisinin işə başlayacağını vəd edib.

Conson immiqrasiya sisteminə nəzarətin gücləndiriləcəyinə, gəlir vergisi, milli sığorta və Əlavə Dəyər Vergisi (ƏDV) dərəcələrinin artırılmayacağını da qeyd edib.

Qeyd edək ki, Leyboristlər, Liberal Demokratlar və Yaşıllar (The Green) partiyaları öz manifestolarını ötən həftə açıqlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)