Nazir təhdid etdi: Sərt addımlar atılacaq

Nazir təhdid etdi: Sərt addımlar atılacaq

18 Noyabr 2019 11:16
Bəyəndim (3) Bəyənmədim (0)

İranın Daxili İşlər naziri Əbdürrza Rəhmani Fəzli benzinin bahalaşmasına görə etiraz edənlərə mesaj ünvanlayıb.

Oxumeni.az xəbər verir ki, o, təhlükəsizlik qüvvələrinin etiraza çıxan hər kəsi cəzalandıracağını deyib.

Nazir bu ana qədər polislərin insanlarla təmkinlə davrandığını bildirib:

"Bu ana qədər etirazçılara göz yumulurdu. Lakin onlar bəzi şəhərlərdə xoşagəlməz addımlar atıblar. Bu hal davam edərsə, lazımı addımlar atılacaq".

Qeyd edək ki, İranda benzinin bahalaşmasına görə keçirilən etiraz aksiyalarında polisin vətəndaşlara atəş açdığı və ölənlərin olduğu haqda xəbərlər yayılıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)