İctimai Palatanın eksperti bu qurumu təhqir etdi

İctimai Palatanın eksperti bu qurumu təhqir etdi

10 Mart 2012 20:25
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Palatanın üzvü Seymur Həzi sessiyada çıxışı zamanı İP-də təmsil olunan şəxslərdən birinin bu qurumu təhqir etdiyini deyib. Seymur Həzi İctimai Palatanı təhqir edən şəxsin adını açıqlamasa da, belə halları tənqid edib: "Gəlib burda ekspert qismində çıxış edir, bizə ağıl öyrədir, sonra da gedib qıraqda İctimai Palatanı təhqir edir, deyir ki, İctimai Palata bitib..."

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə sessiyada İctimai Palatanın Bibiheybət qəsəbəsində mitinq keçirməsinin mümkünlüyü barədə təklifə sərt münasibət bildirib: "Ümumiyyətlə, burada Bibiheybət adını çəkmək düzgün deyil".

O.M.