Ermənistan 4 ölkədən silah alır – Tonoyandan açıqlama

Ermənistan 4 ölkədən silah alır – Tonoyandan açıqlama

4 Noyabr 2019 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistan ilin sonu - 2020-ci ilin əvvəlinə qədər Rusiyadan çoxfunksiyalı “Su-30SM” qırıcılarını alacağını gözləyir”.

Oxumeni.az xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri David Tonoyan deyib.

Nazir Ermənistan Silahlı Qüvvələrinin ehtiyacları üçün yeni silahların alınması məsələsinə də toxunub:

“Bu silahlar həm müqavilələr, həm də kredit proqramları çərçivəsində alınır”, deyən nazir tədarüklərin ən az dörd ölkədən gəldiyini bildirib.

Lakin Tonoyan hansı ölkələrdən silah alınacağını açıqlamayıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)