"Brexit" naminə yenidən seçmələr - Video
Oxumeni.az evronews-a istinadən xəbər verir ki, Britaniya İcmalar palatasının deputatları yüz il ərzində ilk dəfə dekabrda keçiriləcək növbədənkənar seçkilərə səs veriblər. Parlamentin yeniləşməsində ölkənin Baş naziri Boris Conson israr edib və ümid edib ki, bu, ona "Brexit" problemini sonda həll etməyə imkan verəcək.
İndi qanun layihəsi Lordlar Palatası tərəfindən təsdiq edilməlidir. Johnson dəfələrlə bəyan edib ki, deputatlar "Brexit"ə mane olaraq iqtisadiyyata zərər vurur, investisiyalar haqqında qərarların qəbulunu çətinləşdirir və demokratiyaya inamı azaldır:
- Bizim başqa seçimimiz qalmır, biz yalnız dalandan çıxmaq üçün ölkəyə müraciət edə bilərik. Biz seçicilərin qərarına tabe olmalıyıq. Bu, ilk növbədə, yeni mandat almış və sağlamlaşdırılmış parlamentə xalqın iradəsini yerinə yetirməyə və "Brexit"i həyata keçirməyə imkan verəcək.
Müxalifət lideri Ceremi Korbin Avropa İttifaqının "Brexit"i daha üç ay təxirə salmağa razılıq verməsindən sonra seçkilərin keçirilməsini dəstəkləyib. Korbinin sözlərinə görə, sövdələşmədən çıxış məsələsi gündəlikdən çıxarılıb. Leyboristlərin rəhbəri dərhal təşviqata keçdi:
Biz istəyirik ki, ölkə bu ağılsız və dağıdıcı mühafizəkar hökumətdən xilas olsun.
Bununla yanaşı, sorğuların nəticələrinə görə, hazırda mühafizəkarlar leyboristləri təxminən 10% qabaqlayırlar. Amma bir çox seçicilər "Brexit"dən o qədər yorulublar ki, qarşıdakı səsvermənin nəticəsi gözlənilməz ola bilər:
- Qoy, nəsə baş versin, yoxsa mən də insanların çoxu kimi, bu "Brexit"in boğazından doymuşam.
- Mən yəqin ki, seçkilərə gedəcəyəm, amma indi heç bilmirəm, kimə səs verəcəyəm. Seçkilərin keçirilməsinə az vaxt qalır. Johnson partiyanın qələbəsinə əminliyini ifadə edir. Amma tərəflərdən heç biri lazımi çoxluq əldə edə bilməsə, "Brexit"lə çıxılmaz vəziyyət davam edəcək.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)































































































