ABŞ-dan şok qərar – Konqres qondarma erməni soyqırımını rəsmi tanıdı - Video

ABŞ-dan şok qərar – Konqres qondarma erməni soyqırımını rəsmi tanıdı - Video

30 Oktyabr 2019 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumeni.az euronews-a istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmi olaraq tanıyan qanun layihəsini təsdiq edib.

Bu barədə Nümayəndələr Palatasının “Twitter” səhifəsində bildirilib.

Səsvermənin canlı yayımı Konqresin saytında nümayiş olunub.

Deputatlar 223 səs lehinə, 191 səs əleyhinə qarşılığında qanun layihəsini qəbul ediblər.

Qanun layihəsinin müəllifi Adam Şiff bu qərarın “öz vaxtında” qəbul edilməsini bildirib.

Qəbul edilən layihə Senatda müzakirəyə çıxarılacaq.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)