“Ölkəmin axmaqların əlində qalmağını xoşlamıram”

“Ölkəmin axmaqların əlində qalmağını xoşlamıram”

3 Oktyabr 2019 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə iyul danışığının korrupsiya məsələsinə həsr olunduğunu açıqlayıb.

O, bu barədə Finlandiya prezidenti ilə ortaq mətbuat konfransında bildirib.

"Mən korrupsiyanın hökm sürdüyü ölkəyə pul verə bilməzdim. Ölkəmin axmaqların əlində qalmağını xoşlamıram", - Tramp vurğulayıb.

Xatırladaq ki, Trampla Zelenskinin telefon danışığı ətrafında yaranmış qalmaqal ABŞ Prezidentinin digər ölkənin liderinə müraciət edərək ondan öz siyasi rəqibi Co Bayden və onun oğlu Hanterlə bağlı dəlil tapmağı istəməsi olub. Demokratlar partiyasının konqresmenləri Ağ Evin başçısı barədə impiçment niyyəti ilə istintaq başladıb.

Oxumeni.az