Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib

Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib

3 Oktyabr 2019 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Oxumeni.az-a məlumat verilib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernator müavini Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski və digər rəsmi şəxslər qarşıladılar.

Oxumeni.az