Jirinovski ABŞ-dakı vəziyyəti SSRİ-nin dağılması ilə müqayisə edib

Jirinovski ABŞ-dakı vəziyyəti SSRİ-nin dağılması ilə müqayisə edib

3 Oktyabr 2019 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin ötən gün Dövlət Dumasının plenar iclasındakı çıxışı diqqət çəkib.

Oxumeni.az-ın “RİA Novosti”yə istinadla xəbər verir ki, partiya lideri çıxışı zamanı ABŞ demokratlarının prezident Donald Trampa qarşı impiçment cəhdlərini SSRİ-nin dağılması ilə müqayisə edib.

Qeyd edək ki, bundan əvvəl Tramp demokratlar tərəfindən qaldırılan impiçment prosedurunu çevriliş kimi dəyərləndirərək, bunu Amerika xalqının gücünü və azadlığını almaq cəhdi adlandırmışdı.

Oxumeni.az