Xələf Xələfova Rusiya XİN-in “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanı təqdim olunub

Xələf Xələfova Rusiya XİN-in “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanı təqdim olunub

20 Sentyabr 2019 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb.

XİN-in mətbuat xidmətindən Oxumeni.az-a verilən məlumata görə, mükafatı təqdim etmək məqsədilə Xarici İşlər Nazirliyinə gələn Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov Xarici İşlər naziri Sergey Lavrovun məktubunu oxuyaraq, Xələf Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.

Oxumeni.az