Qubadakı aksiyaçılar ölkə prezidentini dəstəklədiklərini bildirərək dağılışdılar

Qubadakı aksiyaçılar ölkə prezidentini dəstəklədiklərini bildirərək dağılışdılar

1 Mart 2012 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Qubada bu gün səhər saatlarında başlamış etiraz aksiyası artıq başa çatıb. Mitinqçilər sonda Azərbaycan prezidentini dəstəklədiklərini burğulayıblar: "Biz Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyirik. Hər zaman onun siyasətini dəstəkləmişik, indi də onun ətrafında sıx birləşirik. Ümidimiz yalnız onadır. Bu aksiya yalnız icra başçısı Rauf Həbibovun qubalıların ünvanına söylədiyi fikirlərə etirazdır. Biz cənab prezidentin bizim etirazımıza diqqətlə yanaşacağına əminik".

Aksiya iştirakçıları əllərində Azərbaycan prezidentinin portretini və onu dəstəkləyən şüar olan plakatlar tutduqlarını da vurğulayıblar. Qeyd edək ki, aksiyada yalnız icra başçısı əleyhinə şüarlar səsləndirilib, onun istefası tələb olunub.
Hazırda Quba rayon İcra Hakimiyyətində hadisə yerinə ezam olunmuş Nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, millət vəkili Vahid Əhmədovun iştirakı ilə iclas keçirilir.

O.M.