Səudiyyəlilər Tehrana qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır

Səudiyyəlilər Tehrana qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır

26 İyul 2019 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Səudiyyə Ərəbistanı ilə İrana qarşı tərəfdaşlığı davam etdirmək üçün hər şeyi edəcək.

Bunu “Foks Nyus”a müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Onun sözlərinə görə, Tramp bununla Ər-Riyada dəstək mesajı verir:

“İran real təhdiddir. Səudiyyəlilər Tehrana qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır. Biz əməkdaşlıq üçün hər şeyi etməyə hazırıq”.

Pompeo qeyd edib ki, ABŞ Britaniya, Fransa, Almaniya, Norveç, Yaponiya, Cənubi Koreya və Avstraliyanı Hörmüz boğazının təhlükəsizliyini təmin edəcək koalisiyaya qoşulmağa dəvət edib.Axar.az