Boris Conson qardaşını nazir müavini təyin edib

Boris Conson qardaşını nazir müavini təyin edib

25 İyul 2019 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın yeni Baş naziri Boris Conson əvvəllər nəqliyyat nazirinin müavini işləmiş kiçik qardaşı Co Consonu Biznes, Energetika və Sənaye Strategiyası işləri üzrə nazir müavini təyin edib.

Boris Conson çərşənbə günü Baş nazir vəzifələrinin icrasına başlayıb.

O artıq müasir Britaniya tarixində hakimiyyəti bir partiyadan digərinə vermədən hökumətin tərkibində genişmiqyaslı dəyişikliklər həyata keçirməyə macal tapıb.