Ərdoğan Böyük Britaniyanın yeni Baş naziri Boris Consonu təbrik edib

Ərdoğan Böyük Britaniyanın yeni Baş naziri Boris Consonu təbrik edib

24 İyul 2019 08:43
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın yeni Baş naziri Boris Consonu təbrik edib.

Ərdoğan Tvitter hesabında Birləşmiş Krallığın 77-ci Baş naziri Consona vəzifəsində uğurlar arzulayıb və iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib.

Qeyd edək ki, bu gün Mühafizəkarlar Partiyasının nümayəndəsi Boris Conson Böyük Britaniyanın yeni baş naziri seçilib.