Pompeo Trampın İranla danışıqlara hazır olduğunu təsdiqləyib

Pompeo Trampın İranla danışıqlara hazır olduğunu təsdiqləyib

20 İyul 2019 07:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibi Mayk Pompeo prezident Donald Trampın İranla ilkin şərtsiz danışıqlara hazır olduğunu təsdiqləyib.

O, Buenos-Ayresdə keçirdiyi mətbuat konfransında belə deyib.

“Prezident Tramp aydın şəkildə çatdırıb ki, biz ilkin şərtlər olmadan İranla danışıqlara başlamağa hazırıq. İranlılar davamlı olaraq deyirlər: “ABŞ bir addım atarsa, biz də danışıqlara başlayarıq”, - deyə Pompeo bildirib.

Onun sözlərinə görə, danışıqlar – “problemin həlli üçün doğru yoldur”.