“ İlham Əliyev Türkiyəyə ilk dəstək verən dünya liderlərindən biri idi”
“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu, 15 iyulda da özünü göstərdi. 15 iyulda Azərbaycan xalqının ürəyi Türkiyə ilə idi”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəsində 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhdin 3-cü il dönümünə həsr olunmuş tədbirdə deyib.
Səfir 15 iyulda göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.
“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə ilk dəstək verən dünya liderlərindən biri idi”, - E. Özoral vurğulayıb.
O qeyd edib ki, türk millətinin iradəsinə heç bir qüvvə qarşı çıxa bilməz: “Biz birlikdə güclüyük. Əminəm ki, türk xalqı 15 iyulda göstərdiyi birlik və bərabərliyi sona qədər davam etdirəcək”.(apa)
Digər xəbərlər