S-400 məsələsinə görə ABŞ Türkiyə ilə  əlaqələrini kəsməyəcək

S-400 məsələsinə görə ABŞ Türkiyə ilə əlaqələrini kəsməyəcək

15 İyul 2019 09:26
Bəyəndim (0) Bəyənmədim (0)
S-400 məsələsinə görə ABŞ-ın Türkiyə ilə hərbi əlaqələrini tamamilə kəsəcəyini düşünmürəm.

Bu sözləri rusiyalı parlamentari Oleq Morozov deyib.

“Təbii ki, ABŞ-ın sanksiya tətbiq etməsi mümkündür. Lakin düşünürəm ki, tərəflər ikisi üçün də faydalı ola biləcək danışığa gələcəklər. Onlar S-400-ün Türkiyədə qalması yönündə razılaşacaqlar”, - Morozov bildirib.

Qeyd edək ki, Ankaranın Türkiyədən S-400 alması səbəbindən Ağ Evin Türkiyəyə sanksiya tətbiq edəcəyi yönündə iddialar yayılmaqdadır. Hətta 15 iyul qiyamının ildönümündən sonra Türkiyəyə qarşı sanksiyaların elan edəcəyi bildirilir.