Müdafiə nazirliyində hazırlıq toplantısı keçirilib
Əlahiddə Ümumqoşun Orduda bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı keçirilib.
Oxuməni.az-ın MN-ə istinadən verdiyi xəbərə görə, toplantı çərçivəsində nəzəri və praktiki məşğələlərə cəlb edilmiş zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində toplantıya yekun vurulan zaman bildirilib ki, bölük, batareya komandirləri və müavinləri real döyüş şəraitində keçirilən məşğələlərdə atıcı silahlardan, zirehli döyüş maşınlarından, raket-artilleriya sistemlərindən və silahlanmaya yeni daxil edilmiş ən müasir hərbi texnikalardan məharətlə istifadə edərək yüksək nəticə göstəriblər.
Digər xəbərlər













































.jpg)
.jpg-1.jpg)





























.jpg)



















