Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatının liderlərindən birini zərərsizləşdiriblər

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatının liderlərindən birini zərərsizləşdiriblər

7 İyul 2019 17:43
Bəyəndim (0) Bəyənmədim (0)

PKK/KCK terror təşkilatının aparıcı şəxslərindən olan Diyar Qarip Muhammed Türkiyə Silahlı Qüvvələri və Milli Təhlükəsizlik Təşkilatının (MİT) birgə keçirdiyi antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Uğurlu əməliyyat Qəndil bölgəsinin Kortek rayonunda həyata keçirilib.

"Halmat Diyar" ləqəbli Diyar Qarip Muhammed 1973-cü ildə İraqın Süleymaniyə bölgəsində doğulub. 1992-ci ildə terrorçuluq fəaliyyətinə başlayan həmin şəxs son illər PKK/KCK terror təşkilatının 7 rəhbərindən biri olub. O, PKK lideri Abdullah Öcalanın həbsindən sonra terror təşkilatının aparıcı şəxslərindən birinə çevrilib. Azərtac