
ABŞ səfirliyi daşa basılır
Əfqanıstanda minlərlə etirazçı ABŞ səfirliyi önündə toplaşıb. İnterfax-ın məlumatına görə, narazı kütlənin sayı durmadan artır. Onlar ABŞ hərbi bazasında Qurani-Kərimin yandırılmasına etiraz edirlər. Kütləvi tədbirdə antiamerika şüarları səngimək bilmir. İnsanlar səfirliyin binasını daş yağmuruna tutublar. Hətta polis qüvvələri də narazı kütləni sakitləşdirə bilmir.
Xatırladaq ki, etiraz aksiyaları 3 gündür davam edir.
O.M.
Digər xəbərlər