
Türkiyənin Azərbaycanda yeni elçisi təyin olundu
Türkiyənin "Hürriyet" qəzetinin məlumatına görə, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə İsmayıl Alper Coşkun təyin olunub. İ.A.Coşkun bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin rəis müavini olub.
Xatırladaq ki, 2008-ci ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışan Hulusi Kılıçın səlahiyyət müddəti başa çatıb.
O.M.
Digər xəbərlər