"S-400-lərin alışından imtina etməyimiz mümkün deyil"
"Hansı sahədə sanksiya qərarı olursa olsun, nə açıqlama gəlirsə gəlsin fərq etmir. Biz S-400 zenit raket kompleks sistemlərini almşıq".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bilirib. Nazir qeyd edib ki, bunun üçün lazımi işlər davam edir: "Bizim S-400-lərin alışından imtina etməyimiz mümkün deyil. Sabah Türkiyəyə hücum olduğu zaman NATO-dan bizi qorumağı gözləyə bilmərik".
XİN rəhbəri vurğulayıb ki, S-400 müdafiə sistemi hücum raketi deyil: "Tələbatımızı ödəmək məcburiyyətindəyik. Kaş müttəfiqlərimizdən ala bilsəydik. Bu məsələ haqqında prezident Rəcəb Tayyib Ərdoğan Tramp ilə danışacaq. ABŞ-dan hər məsələdə olduğu kimi müxtəlif səslər gəlir".Azadinform
Digər xəbərlər

















































.jpg)
.jpg)
.jpg)
























.jpg)

















