“ABŞ dünən İranı vuracaqdı, amma…”

“ABŞ dünən İranı vuracaqdı, amma…”

21 İyun 2019 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

"ABŞ Prezidenti Donald Tramp İrana hərbi müdaxilədən son anda imtina etdi".

Bu məlumatı ABŞ-da nəşr olunan "Nyu-York Tayms" qəzeti yayıb.

Qəzet qeyd edib ki, Tramp iyunun 20-də İrana raket zərbələri vurmaq əmri verməli idi:

"Lakin Amerika başçısı İrana hava zərbələri endirmək qərarından son anda imtina etdi. ABŞ hökuməti Amerika vaxtı ilə saat 19:00-da İrana aid bəzi radar və raket batereyalarının vurulacağını gözləyirdi. Lakin Trampın bu qərardan imtina etməsinə görə hücum baş tutmadı".

Əlavə edək ki, Donald Tramp iyunun 20-də verdiyi açıqlamada yaxın zamanlarda İrana zərbələrin endiriləcəyini açıqlamışdı. Teleqraf.com