İran istənilən təcavüzə cavab verəcək

İran istənilən təcavüzə cavab verəcək

21 İyun 2019 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

İran istənilən təcavüzə qarşı həlledici cavab verməyə hazırdır.

Bu sözləri İran Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Keyvan Xosravi deyib.

"İranın belə bir addımından sonra ABŞ-ın hər hansı hərbi tədbir görməyə haqqı yoxdur. İran istənilən təcavüzkar addıma qarşı hərəkətə keçməyə tam hazırdır", - deyə Xosravi bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında Oman körfəzində İran hərbi qüvvələri ABŞ PUA-nı məhv edib. Tramp isə bununla bağlı jurnalistlərə açıqlamasında Tehranın böyük xəta etdiyini vurğulayıb.

Müxtəlif ekspertlər hesab edir ki, İranın bu addımı ABŞ-ın səbir kasasını daşıracaq və regionda ciddi qarşıdurmaya gətirib çıxaracaq(Axar.az)